WEST MMC - Məişət avadanlıqlarının satışı və servisi.

Keyfiyyəti evinizə gətirək!

Keyfiyyəti evinizə gətirək!
Hörmətli müştəri,
“VVEST APPLIANCES” MMC-yə göstərdiyiniz maraq üçün Sizə öz təşəkkürümüzü bildiririk!
Əgər siz bizim saytımıza daxil olmusunuzsa, deməli, məhsul seçimi etmək niyyətindəsiniz. Bunun üçün  sizə məhsullarımızın  bütün  xüsusiyyətlərini aydın şəkildə göstərən bu saytı hazırlamışıq. 
“VVEST APPLIANCES” MMC məişət avadanlıqlarının respublikamıza idxal edilməsində eksklüziv hüquqlara malik yeganə şirkətdir. Mətbəx əşyaları və avadanlıqlarının satışı üzrə ixtisaslaşmış “VVEST APPLIANCES” MMC müştərilərə “Keyfiyyəti evinizə gətirək!” devizi altında xidmət edir. 
Şirkətin ölkə üzrə 6 filialı fəaliyyət göstərir: Bakı, Cəlilabad, İmişli, Gəncə, Şəki və Xaçmaz filialları. Onların əhatəsində olan regionlarda da filial tabeliyi ilə satışlar həyata keçirilir.  
“VVEST APPLIANCES” MMC müştərilərə yalnız yüksək keyfiyyətli məhsullar təqdim edir. Şirkət məhsulları ünvanlara pulsuz çatdırır. Sərfəli qiymət və əlverişli hissə-hissə ödəniş şərtləri ilə təqdim olunan bütün məhsulların keyfiyyətinə zəmanət verilir. Hissə-hissə ödəniş müştərilərin rahatlığını təmin etmək məqsədi ilə maksimum dərəcədə sadələşdirilərək aylıq faiz ödəmədən, hər hansı banka getmədən, vaxta qənaət edərək  yalnız şirkətin səyyar meneceri tərəfindən hər ay müqavilə sənədində göstərilən tarixlərdə, müştərinin ünvanından götürülməklə və ya MilliÖn ödəmə terminalları vasitəsilə həyata keçirilir. 
Bizim şirkətdən məhsul əldə etmək istəyən müştərilərimizin əsaslı iddia və ya məmnunluq ifadə edən hər bir fikrini qiymətləndiririk. Biz müştərilərimizin fikirlərini təhlil edib, onların tələblərini təmin edərək davamlı olaraq məhsul və xidmət keyfiyyətini yüksəltmək üçün çalışırıq. 
Ümidvarıq ki, məhsul seçiminə istifadə edəcəyiniz dəyərli zamanınızdan zövq alacaqsınız!